Aprelin 17-də imtahan olacaq

GƏNCLİK
10:36 15.04.2011
2319
AZXEBER.COM-un Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytına istinadən verdiyi məlumata görə, 2011-ci il aprelin 17-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 29 şəhərində sınaq imtahanı keçirəcək. 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Ağcabədi, Tərtər, Ucar, Kürdəmir, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Astara, Quba, Xaçmaz, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 45 binada aparılacaq. İmtahanda iştirak etmək üçün artıq 32156 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanı iştirakçılarına yeni (3 nömrəli) test kitabçası təqdim olunacaq.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!

OXŞAR XƏBƏRLƏR