"Aptekə girib 3 manatlıq dərman alırsan, çıxanda 40 manat cərimələnirsən" - İzzət

"Aptekə girib 3 manatlıq dərman alırsan, çıxanda 40 manat cərimələnirsən" - İzzət
MAQAZİN
13:40 18.04.2025
468
"O vaxtı maşın sürəndə harada uyğun oldu saxlamaq olurdu, indi isə yox. Ona görə də 2 ildir ki, maşın sürmürəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "El canlı" verilişinə qonaq olan müğənni İzzət Bağırov deyib.
 
Sənətçi parklanma problemindən danışıb:
 
"O vaxtı mən "Hummer" model maşın sürəndə hər şey asan idi. Harada uyğun yer oldu, maşını saxlaya bilirdik. İndi isə bu mümkün deyil. Ona görə də artıq 2 ildir ki, maşın sürmürəm. Hər dəfə cərimə gəlir. Cərimələr də daha 20 manat deyil, çox artıb. Maşını saxlayıb aptekdən 3 manata dərman alırsan, çıxanda 40 manat cərimə ödəyirsən".
 
Aysel
OXŞAR XƏBƏRLƏR