Aqil Abbas: 'Bu gün Azərbaycan mətbuatının ən böyük problemi budur'

Aqil Abbas:
MEDIA
16:00 13.03.2013
1476

"Yalan xəbərlər vermək heç bir qəzetə başucalığı gətirmir"

Bunu tanınmış jurnalist, yazıçı, millət vəkili Aqil Abbas “Azadlıq” qəzetinin yalan məlumata görə iki nazir – Ramil Usubov və Kəmaləddin Heydərovdan üzr istəməsinə münasibət bildirərkən deyib.Qeyd edək ki, bir müddət öncə “Azadlıq” qəzetində “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” adlı məqalə dərc edilmişdi.Qəzet bunu hakimiyyətdaxili çəkişmələrin əyani sübutu kimi təqdim etmişdi və mötəbər bir mənbəyə istinad edilmişdi.Bu xəbərdən bir neçə gün sonra nazirlər Kəmaləddin Heydərov və Ramil Usubov qəzetin baş redaktoru Qənimət Zahidi məhkəməyə verdilər.Yasamal Rayon Məhkəməsinə üz tutan nazirlər adıçəkilən xəbərə görə, baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunmasını istəyirdilər.Həmin maddə yüz manatdan beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatadək müddətə ictimai işlər, iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzaları nəzərdə tuturdu.Məhkəmənin ilk iclasının keçirildiyi 12 mart tarixində isə “Azadlıq” qəzeti hər iki nazirdən üzr istəyərək yazılan xəbərin həqiqətə uyğun olmadığını etiraf edib.A.Abbas qeyd edib ki, yoxlanılmamış məlumatlar mətbuata ötürülür, saytlarda, qəzetlərdə yayımlanır və nəticədə mətbuat orqanları özü pis vəziyyətdə qalır.“Belə olan halda onların məlumatı yoxlamaq imkanı olmur.Məsələn, zəng edirsən, həmin şəxslər telefonu götürmür və s. bu kimi hallar səhv informasiyaların yayılması ilə nəticələnir. Ancaq elə də olur ki, sensasiya xatirinə və yaxud siyasi maraqlara görə belə xəbərlər verilir. Belə hallar təkcə “Azadlıq” qəzetində yox, digər media qurumlarında da dəfələrlə baş verib”.Millət vəkili hesab edir ki, hər halda “Azadlıq” qəzeti səhvini bildi və üzr istəməklə çox düzgün addım atmış oldu.“Bundan əvvəl də qəzet dəfələrlə yazdıqlarını təkzib etməli olub. Bu heç bir mətbu orqana başucalığı gətirmir. Təbii ki, belə hallar baş verdikdə qəzet nüfuzdan düşür.Oxucu daha ona inanmamağa başlayır. Bu gün Azərbaycan mətbuatının ən böyük problemi budur. Vaxtilə qəzetlərin yazdığının 100-dən biri səhv idisə, indi 100-dən biri düz olur. Bu da mətbuatın hörmətdən düşməsinə səbəb olur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı