Aqil Ələsgər Almaniyada “Türk Dünyası Mediasına Xidmət” mükafatına layiq görüldü - FOTOLAR

Aqil Ələsgər Almaniyada “Türk Dünyası Mediasına Xidmət” mükafatına layiq görüldü - FOTOLAR
SOSİAL
20:54 18.12.2023
195
Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsi keçirildi.

AZXEBER.COM xəbər verir ki, 100-dən çox media təmsilçisinin iştirak etdiyi mərasimə Türkiyə və Avropanın əksər ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Türkiyənin Düsseldorf şəhərindəki Baş konsulu Ali İhsan İzbul, TÜRKSOY baş katibinin müavini Yusuf Seyit, Türkiyənin hakim AK Partiya sədrinin müavini Zəfər Sırakaya, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ali Öztunc, Avropa İş Adamları və Sənayeçilər Dərnəyinin rəhbəri Əziz Sarıyar, Almaniyanın Bremen şəhərindən seçilmiş deputat Oğuzhan Yazıçı, "EkoAvrasiya” Dərnəyinin sədri Hikmət Ərən, Niderland Türkevi İcmasının sədri Veyis Güngör, Türk Birliyi və Həmrəyliyi Dərnəyinin sədri Güvən Arıklı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Aqil Ələsgər və digər tanınmış şəxslərin qatıldığı Zirvədə Avropadakı türk mediasının perspektivləri müzakirə olundu.

Tədbirin təşkilatçısı, Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaş özünün açılış nitqində Zirvənin təşkilində əsas hədəflərini bəyan etdi:

"Media Zirvəsinin məqsədi Avropada türk mediasını bir araya gətirmək, illərdən bəri həllini gözləyən problemləri birlikdə çözməkdir”.

Proqramın sonunda siyasətdən sənətə, vətəndaş cəmiyyətindən mediaya Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə "Türk Dünyası Mediasına Xidmət” Ödülü ilə mükafatlandırıldı.

Mükafatlananlar arasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və "Report” İnformasiya Agentliyi də var.

"Türk Dünyası Mediasına Xidmət” Ödülü təqdim edilən Aqil Ələsgər Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaşa üzərində "Xarı bülbül” təsviri olan hədiyyə ilə qarşılıq verərək, göstərilən diqqət üçün təşəkkürünü bu sözlərlə bildirib:

""Xarı bülbül” türkün son böyük zəfərinin simgəsidir. Azərbaycan ilə Türkiyənin bir bədəndə can olması ilə dünən xəyal olanlar bu gün gerçəyə döndü”.

Zirvənin yekununda xatirə fotoşəkli çəkdirilib.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?