Aqro Vest DC MMC-də Ümummili Lider Heydər Əliyevin Anım Günü keçirildi

Aqro Vest DC MMC-də Ümummili Lider Heydər Əliyevin Anım Günü keçirildi
SOSİAL
16:22 11.12.2021
317
Bu gün Aqro Vest DC MMC-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi hörmətlə anılmışdır.
             
Heydər Əliyev bəşəriyyət tarixinə gəlmiş ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş,bu istiqamətdə apardığı uğurlu daxili və xarici siyasət nəticəsində güclü və müasir Azərbaycan Respublikasının formalaşmasını həyata keçirmişdir. 
             
15 iyun 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi hər il Azərbaycan xalqı tərəfindən "Milli Qurtuluş Günü”  kimi qeyd olunur.Məhz onun apardığı xarici siyasəti sayəsində Ermənistan Respublikası ilə atəşkəs elan olunmuş və iqtisadi-sosial,siyasi,hərbi cəhətdən Müasir Azərbaycanın inkişafının təməlləri qoyulmuşdur.
 
Bu gün Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun davamçısı olan cənab Ali Baş Komandan,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək xalq-hakimiyyət birliyi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmuş, 30 illik vətən həsrətinə son qoyulmuşdur.
 
Azərbaycan xalqı Ümummilli lideri olan Heydər Əliyevin əziz xatirəsini daim öz qəlbində yaşadır.

OXŞAR XƏBƏRLƏR