"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.
AZXEBER.COM Qol.az-a istinadla xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O bu vəzifədə Gəray Qiyasovu əvəzləyib.
Jurnalist fəaliyyətinə "525-ci qəzet"də başlayan Aqşin Əliyev daha sonra "Neftçi" və MOİK klublarında da fəaliyyət göstərib.










































