Aqşin Yenisey aksiyaya çıxan gəncləri biabır etdi

Aqşin Yenisey aksiyaya çıxan gəncləri biabır etdi
GƏNCLİK
23:00 11.03.2013
7090
“Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər?”Dünən gənc yazar Aqşin Yeniseyin Bakıda keçirilən “Əsgər ölümünə son” aksiyası ilə bağlı “Facebook”da yazdığı status müzakirə obyektinə çevrilib. Statusda deyilir: “Vallah bizim gəncliyin "siyasi inqilabı" mənə toyxanada mahnı sifarişinə görə düşən "yaxşı oğlanların" davasını xatırladır”.Status aksiyaçı gənclərin, eyni zamanda, bir neçə gənc yazarın kəskin etirazına səbəb olub, onun ünvanına tənqidlər səsləndirilib. Bəs şair əslində bu statusu ilə nə demək istəyirdi? Tənqidlə qarşılanan bu fikir cəmiyyət tərəfindən kifayət qədər düzgün anlaşıla bilibmi, yoxsa bu reaksiyaları doğuran onun anlaşılmazlığıdı ?Aqşin Yenisey AzVision.az-a açıqlamasında bildirib ki, əslində bu və bu kimi aksiyaların məqsədi heç də əsgər ölümlərinə etiraz deyil: “Gənclər guya əsgər ölümü ilə bağlı aksiya keçirirlər. Ancaq əsgər ölümü iki il, üç il bundan əvvəl də olurdu. Onda hardaydı bu gənclik? Niyə səslərini çıxarmırdılar? Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər? Bir gənc əsgərin ölümünün üstündən siyasət yapmaq istəyirlər. Mən yaxşı bilirəm ki, bu gənclik hansı sosial qüvvələrin əlində oyuncaqdırlar. İplə oynadılan kuklalardırlar elə bil. Siyasətin kukla teatrıdır bu... Mən ona görə öz tənqidi fikrimi bildirdim ki, yəni siz iki il bundan əvvəl ölən əsgər üçün aksiya keçirmirdiniz? Və məlum oldu ki, bizim siyasi gəncliyimiz də dini gəncliyimiz kimi qaragüruhdan ibarətdir. Aksiyaçı gənclər arasında ideyaları arasında bir dənə ağıllı, alternativ fikir oxumadım. Yalnız söyüş, təhqir, xəyanət...”Həmsöhbətimiz bildirir ki, əslində onun statusu indiki gəncliyin savadlı olmamasına təəssüfü idi: “Gəncliyimiz bir az savadlı olmalıdır. Onlar əgər ölkədə nəyisə dəyişmək istəyirlərsə, pisliyə doğru dəyişəcəklər. Bu gəncliklə gələcəyə getmək olmaz. Ayıbdır! Bu qədər müasir dünyada belə savadsız gənclik ölkəmiz üçün başaşağılığıdır. Görünür ki, gəncliyimiz tənqidə meylli deyillər. Hamısı guya müdrik, ağıllı gənclikdir, həqiqət yalnız bunların tərəfindədir. Bunlar nə dedisə, o olmalıdır. Mənim fikrim o mənada deyildi ki, onları təhqir edim, aşağılayım. O mənim fikrim idi, bu da onların öz fikirləridir və çox hörmətlə yanaşıram. Ancaq yenə də təəssüf edirəm ki, bizim gəncliyimzin dünyagörüşü bu səviyyədədir”.Qeyd edək ki, yazar Seymur Baycan da Aqşin Yeniseyin statusuna qarşı çıxanlar sırasındadır. Hətta o, “Facebook”da öz statusu ilə şairi “toyxana təfəkkürlü” bir şəxs kimi qiymətləndirib: “Azad insan yaxşı və məhsuldar, azad olmayan insan isə Aqşin Yenisey kimi düşünür. Doğrudan da da insanin mənəvi çöküşü başlayanda dibə qədər gedir. Artıq sırtıqlaşır və heç nəyi özünə ar bilmir. Bir şair, yazar kimi mövqe bildirməməyini başa düşdük, heç olmasa mərifətin olsun , susmağı bacar. İki cümləlik statusu ilə özünü biabır etdi. Bir tərəfdən də onu başa düşürəm. Savasızlığın, aqrarlığın sonu belədi. Adamın təfəkkürü toyxana səviyyəsindən o tərəfə adlamayıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər