Azərbaycanın istedadlı şairi Aqşin Yenisey bu gün 1 saylı Şəhər Kliniki Xəstəxanasından Mərkəzi Gömrük Hospitalına köçürülüb.
Şairin müalicəsi burada davam etdiriləcək. Hospitaldan Publika.Az-a verilən məlumata görə, hazırda A.Yenisey müayinə edilir: “Müayinə başa çatdıqdan sonra konsilium keçiriləcək. Bundan sonra A.Yeniseyin müalicəsi ilə bağlı qərarlar veriləcək. Müalicə prosesində qaraciyər transplantasiyası barədə də qərar verilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, A.Yenisey qaraciyər serrozu və sarılıq xəstəliyindən əziyyət çəkir.