Toy mərasimində gəlin və bəyin vətən İranın adət-ənənələri də unudulmayıb. İran adət-ənənəsi ilə Araş və Benazın başına üç dəfə şam fırladılıb. Sonra mərasimə bal gətirilib və bəylə gəlib balın dadına baxıblar. Araş həyat yoldaşı Benaza toy münasibəti ilə platindən hazırlanmış və üzərində çoxsaylı brillant qaşlar olan boyunbağı hədiyyə edib. Bu boyunbağı Araşa 400 min dollara başa gəlib. Benaz isə bu hədiyyənin qarşılığında Araşa üzünü tutaraq “İndi mən dünyanın ən xoşbəxt insanıyam” deyib. Araş isə Benazın bu sözləri qarşısında “Mən dünyanın ən gözəl, qayğıkeş, ağıllı qadını ilə evləndim” deyərək, Benazın alnından öpüb.
/// APA