Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutunyan istefa verib. O, bu barədə sosial şəbəkə səhifəsində yazıb.
Bununla bağlı politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, Araik Arutunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək:
"Onun "vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək. Bu iki seçim də separatçıların yeni "liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə "prezident seçkisi” keçirməsinə imkan verməməliyik!”,- deyə politoloq qeyd edib.
Şəbnəm