Gecə saatlarında iki nəfər arasında parkda yaranan mübahisə ölümlə nəticələnib.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Ağstafada baş verib.
Məlumata görə, rayon sakinləri olan Rəşad İsmayılovla Sabir Şükürov arasında mübahisə yaranıb. Bu zaman Sabir kəsici-deşici küt alətlə Rəşada zərbələr endirib. Nəticədə 34 yaşlı şəxs aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
İddialara görə, gənclərin biznes əlaqələri olub və aralarında yaranan pul borcuna görə mübahisə düşüb.
Qətli törətməkdə şübhəli bilinən Sabir Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.










































