Aralarında yaranan pul borcu faciə ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Aralarında yaranan pul borcu faciə ilə bitdi - TƏFƏRRÜAT - VİDEO
SOSİAL
09:48 29.09.2026
202
Gecə saatlarında  iki nəfər  arasında parkda yaranan mübahisə ölümlə nəticələnib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Ağstafada baş verib.

Məlumata görə, rayon sakinləri olan Rəşad İsmayılovla Sabir Şükürov arasında mübahisə yaranıb. Bu zaman Sabir kəsici-deşici küt alətlə Rəşada zərbələr endirib. Nəticədə 34 yaşlı  şəxs aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

İddialara görə, gənclərin biznes əlaqələri olub və aralarında yaranan pul borcuna görə mübahisə düşüb.  

Qətli törətməkdə şübhəli bilinən Sabir Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR