‘Aralı dur, səndən iy gəlir’ – İdarə rəisindən su tələb edən sakinə (FOTOLAR )

‘Aralı dur, səndən iy gəlir’ – İdarə rəisindən su tələb edən sakinə  (FOTOLAR )
Bütün Xəbərlər
15:09 21.08.2015
7903
Bu gün Zığ kəndinin sakinləri aksiya keçirib.
 AZXEBER.COM-a musavat.com-a istinadən xəbər verir ki, kənd sakinlərinin aksiya keçirmələrinin səbəbi 23 ildir şirin suya həsrət qalmalıdır. İllərdir get-gələ salınan kənd sakinlərinin müraciət etmədiyi qrum qalmayıb.

Kənd sakinləri bu il Avropa Oyunlarından bir neçə gün əvvəl aksiya keçirirərək etirazlarını bildirmişdilər. Bundan sonra kəndə su çəkiləcəyi söz verilmişdi. Belə də olub. Bu ilin iyun ayının əvəlindən kəndə su xətti çəkilib, amma çox az bir hissəsinə. Yeni çəkilən su xətti yarıda dayandırılıb. Sakinlər buna etiraz edərək yenidən kənd mərkəzində toplaşıblar.

Sakinlərlə görüşə gələn "Azərsu" ASC-nin tikinti departamentinin rəsi Səid Salayev, Zığ qəsəbə nümayəndəliyinin də Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə sakinlər arasında gərginlik yaşanıb. Səbəb Səid Salayevin ayrılan vəsaitin bitdiyini və yenidən vəsait ayrılacağı halda işlərin davam etdiriləcəyini deməsi oldu.

Sakinlər illərdir aldadıldıqlarını, verilən vədlərə inanmadıqlarını deyərək etirazlarını bildiriblər.

Səid Salayevin kənd sakinləri ilə danışığı zamanı maraqlı anlar yaşanıb. Etiraz edən sakinlərin qəzəbli olduğunu görən “Azərsu” rəsmisi ilə sakinlər arasında fərqli dialoqlar yaşanıb.

S.Salayev sakinlərdən biri ilə dialoqunda ondan aralı durmasını tələb edib. Səbəb olaraq isə kənd sakinindən iy gəlməsini göstərib.

Başqa bir dialoqda isə S.Salayev kənd sakininə onunla danışarkən siqareti yerə atmasını tələb edib. Kədn sakinin cavabı isə belə olub: “Niyə atmalıyam? Mənə siqaret almısan ki?”.

OXŞAR XƏBƏRLƏR