Araqçi: İsrail hücumları davam etdiyi müddətdə İran heç bir tərəflə danışıqlar aparmayacaq

Araqçi: İsrail hücumları davam etdiyi müddətdə İran heç bir tərəflə danışıqlar aparmayacaq
DÜNYA
23:10 20.06.2025
296
İranın xarici işlər naziri Abbas Araqçi Cenevrədə keçirilən danışıqlardan sonra verdiyi bəyanatda bildirib ki, Tehran Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirməyə hazırdır və yaxın gələcəkdə "Avropa üçlüyü” formatında daha bir görüş keçirmək imkanını nəzərdən keçirir.

Bu barədə "IRNA" agentliyi məlumat yayıb.

"Biz Avropa üçlüyü və Avropa İttifaqının digər üzv ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsini dəstəkləyirik və yaxın gələcəkdə daha bir görüş keçirməyə hazırıq,” – nazir deyib.

Bununla belə, Araqçi bildirib ki, İran öz qanuni özünümüdafiə hüququnu həyata keçirməkdə davam edəcək və İsrailin hücumları davam etdiyi müddətcə hər hansı tərəflə danışıqlara getməyəcək.
 
/APA
OXŞAR XƏBƏRLƏR