Ararat Mirzoyan Maltada ATƏT-in iclasına qatılacaq

Ararat Mirzoyan Maltada ATƏT-in iclasına qatılacaq
SİYASƏT
13:27 04.12.2024
232
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 4-5-də Maltaya işgüzar səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, Ermənistan KİV-nin məlumatına əsasən, ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Mirzoyan ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak edəcək.

Səfər çərçivəsində Ermənistanın xarici işlər nazirinin bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR