Eldar Əzizov Ermənistanla İranın qardaşlığından danışdı - VİDEO

Eldar Əzizov Ermənistanla İranın qardaşlığından danışdı - VİDEO
SOSİAL
15:15 28.01.2023
589

"Araşdırmalar üçün vaxt lazımdır"

AZXEBER.COM xəbər verir ki, bu sözləri Orxan Əsgərovun yas mərasiminə qatılan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, rəsmi açıqlama mətbuata veriləcək:

"Tehran şəhəri İrəvan şəhəri ilə qardaşlaşıblar. Dünən də bu cür dəhşətli hadisə baş verdi. Əlbəttə ki, bu suallara cavab tapmaq çox çətindir. Dövlət tərəfindən də tədbirlər reallaşır. Araşdırmalar üçün vaxt lazımdır”.

E.Əzizov qeyd edib ki, şəhid statusunun ilə bağlı rəsmi cavab veriləcək:

"Vaxt lazımdır. Araşdırma aparılır. Cəmi bir sutka keçib. Rəsmi şəkildə aydınlıq gətiriləcək”. 

Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun Bakının Yeni Yasamal qəsəbəsindəki evində yas mərasimi keçirilir.


OXŞAR XƏBƏRLƏR