Araz Ağalarov: “Açılış mərasiminə bu qədər insanın gəlməsi Müslüm Maqomayevə olan xalq sevgisinin sübutudur”
Bütün Xəbərlər
21:22 15.09.2011
1670
“Müslüm Maqomayevin Moskvada abidəsinin açılış mərasiminin keçiriləcəyi haqda xüsusi reklam kampaniyası aparılmayıb”.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Müslüm Maqomayev Mədəni İrsi Fondunun təsisçisi, iş adamı Araz Ağalarov verib. Onun sözlərinə görə, xüsusi reklam kampaniyası aparılmasa da, açılış mərasiminə gələnlərin sayı kifayət qədər olub: “Bugünkü açılış mərasiminə bu qədər insanın gəlməsi və mərasimdə deyilən sözlər Müslüm Maqomayevə olan xalq sevgisinin sübutudur. Bu abidə Moskva şəhərində daim tər güllərin olacağı yer olacaq. Abidə Azərbaycan səfirliyi ilə Müslüm Maqomayevin yaşadığı evin arasında yerləşir. Bu yer əvvəldən Müslüm Maqomayevə məxsus idi. Çünki, onu görmək istəyənlər hər zaman onun evinin yanına gəlirdilər. Onun vəfatından sonra bu yerdə şam yandırırdılar”.