Araz Ağalarov Fenerbahçeyə rəhbər gəlməsi xəbərindən danışdı

İDMAN
14:35 31.10.2013
1310

“Başqa klub almaq fikrim yoxdur”

AZXEBER.COM-un məlumatına görə, Rusiyada yaşayan azərbaycanlı iş adamıAraz AğalarovTürkiyənin “Fənərbaxça” klubunun rəhbərliyində yer alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.“Komsomolskaya pravda”ya müsahibə verən “Krokus” şirkətinin prezidenti bu xəbərləri təkzib edib.O bildirib ki, bunlar düz deyil və bu mövzuda heç düşünməyib.“Düşünürəm ki, nəyisə almaq lazımdırsa, bu da Rusiya klubu olmalıdır. Mən 2 komandanın - futbolda Moskva “Dinamo”su və otüstü hokkeydə Krasnoqorsk “Zorki”sinin sponsoruyam. Bunun öhdəsindən çətinliklə gəlirəm və bu planda nəsə almağa hazırlaşmıram”.

OXŞAR XƏBƏRLƏR