Araz Ağalarov universitet şəhərciyi inşa etdi

Araz Ağalarov universitet şəhərciyi inşa etdi
Bütün Xəbərlər
22:35 22.11.2011
1681

Gələn il Rusiyada ATES (Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) təşkilatının sammitinin keçirilməsi ilə əlaqədar Vladivostokun Russkiy adasında yeni universitet şəhərciyinin tikintisinə həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Roman Panov və tikinti işlərinin baş podratçısı, “Krokus İnterneşnl” QSC-nin sədri Araz Ağalarov iştirak ediblər. A.Ağalarov layihə barədə ətraflı məlumat verərək bildirib ki, əhatə dairəsinə və miqyasına görə bu layihənin dünyada analoqu yoxdur. Onun sözlərinə görə, bu iddialı layihənin həyata keçirilməsi ona 2009-cu ildə Rusiya hökuməti tərəfindən tapşırılıb. O, universitet şəhərciyinin açılışının ATES-in sammiti ilə bir vaxta düşəcəyini söyləyib. Adada tikinti işlərini aparmaq təklifinin onun üçün bir qədər gözlənilməz olduğunu söyləyən A.Ağalarov bu layihənin çox məsuliyyətli iş olduğunu bildirib: Biz orada işə başlayanda adada heç nə yox idi. İqlim şəraitinin sərt olması da işi çətinləşdirirdi. Lakin bu gün adada görüləcək işlərin əksər hissəsi uğurla başa çatdırılıb”. A.Ağalarov bildirib ki, ümumi sahəsi 900 min kv. metr olan Uzaq Şərq Federal Universitetinin binalar kompleksi unikal təbii landşafta malik olan 250 hektarlıq ərazidə yerləşir: “Artıq 2012-ci ilin payızında ilk tələbələri qəbul etməyə hazır olacaq universitet Rusiyanın və bütövlükdə Asiya-Sakit Okean regionunun mühüm beynəlxalq elmi-tədris mərkəzinə çevriləcək”.

Rusiya iqtisadi inkişaf nazirinin müavini Roman Panov universitetin və müvafiq infrastruktur obyektlərinin tikintisinin “2013-cü ilə qədər Uzaq Şərqin və Zabaykalyenin iqtisadi və sosial inkişafı” Məqsədli Federal Proqramında nəzərdə tutulduğunu söyləyib. “Vladivostokun Asiya-Sakit okean regionunda beynəlxalq əməkdaşlıq mərkəzi kimi inkişafı” altproqramı da həmin Federal Proqramın tərkib hissəsidir. Adada görülən işlərdən danışan nazir müavini burada 120 km uzunluğunda yol çəkildiyini söyləyib: “Artıq şəhərciyin 97 faizi kommunikasiya xətləri ilə təmin olunub. Aerovağzal demək olar ki, tam hazırdır. Adanı elektrik enerjisi ilə təmin edən kabel xətti isə okeanın altı ilə çəkilib ki, bu da dünyada yenilik sayılır”. Daha sonra 2009-cu ildən bu günə qədər adada görülən işləri əks etdirən video çarx nümayiş olunub. A.Ağalarov Russkiy adasının memarlıq işlərinə dair qərarları birbaşa özünün verdiyini bildirib. O, adanın sahil xəttinin Bakının sahil xəttinə bənzədildiyini də söyləyib: “Bakının görüntüsü daim adamın şüuraltında qalır. Bəlkə də bunun təsiri olub ki, adanın sahil xətti indi Bakının sahil xəttinə bənzəyir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
Yük maşını sürənlərə - Müraciət
11:48 09.08.2025
Yük maşını sürənlərə - Müraciət
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
11:46 09.08.2025
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
11:41 09.08.2025
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil
11:39 09.08.2025
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil