Araz Abdullayev maşınla vurduğu qadına baş çəkdi - FOTOLAR

Araz Abdullayev maşınla vurduğu qadına baş çəkdi -  FOTOLAR
Bütün Xəbərlər
23:46 18.04.2013
5941

Xəbər verdiyimiz kimi, “Neftçi” futbol klubunun oyunçusu Araz Abdullayev bir müddət əvvəl Bakının Xətai rayonu ərazisində idarə etdiyi avtomobillə yolu təmizləyən iki süpürgəçi qadını vurmuşdu. Qəza nəticəsində təxminən 60 yaşında olan Zəminə Hüseynova ölmüşdü, digər qadın Gülsabah Nuriyeva isə ağır halda xəstəxanaya yerləşdirilmişdi. Araz Abdullayev saxlanılsa da, sonradan “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılıb. Bu gün futbolçu Araz Abdullayevin doğum günüdür. Gənc və perspektivli futbolçunun 21 yaşı tamam olur. O, ad gününü xəstəxanada olan Gülsabah Nuriyeva ilə birgə keçirib. Daha doğrusu, futbolçu onun üçün əziz olan bir gündə həmin xanıma diqqət ayırmaqla keçirib. Bu, da bir növ onun bu xanıma olan diqqətinin göstəricisidir. Klubdan bildiriblər ki, “Neftçi” klubunun rəhbərliyi və Araz Abdullayev özü hadisə baş verən gündən bu yana hər zaman Gülsabah Nuriyevaya və onun ailəsinə diqqət göstərib. Onun sağalması və müalicəsinə kifayət qədər diqqət yetirilib. Bu diqqət bundan sonra da davam etdiriləcək.(ANSPRESS)

OXŞAR XƏBƏRLƏR