Xəbər verdiyimiz kimi, ötən gün "İnter" - "Neftçi" matçından sonra komandasının məğlubiyyətini həzm edə bilməyən, klub futbolçularına etiraz etmək üçün meydana girən "Neftçi" azarkeşi Nurlan Əziz saxlanılaraq, bölməyə aparılıb.
İdmanxeber.com-a verilən məlumata görə, bu gün həmin "Neftçi" azarkeşinin məhkəməsi oldu.
Paytaxt klubunun azarkeşi Nizami rayon məhkəməsinin az öncə çıxardığı qərara əsasən 5 sutkalıq həbsə məruz qalıb..
Xatırladaq ki, dünənki matçda Neftçi”nin Nurlan adlı azarkeşi stadiona düşərək etiraz edib. O, futbolçuların formaya layiq olmadıqlarını və oyuna canlarını qoymadıqlarını bildirib. Daha sonra azarkeş “şərəfiniz varsa formanı atın gedin” ifadəsini işlədib və bu zaman Rahil Məmmədov Nurlana hücum çəkib. Bundan sonra söz atışması azarkeş futbolçu müstəvisindən çıxıb.