Araz Əlizadə: “Cəmil Həsənli güclü namizəd deyil”

SİYASƏT
18:20 23.08.2013
1732

Milli Şuranın prezidentliyə yeni namizədi kimi seçilən Cəmil Həsənlinin seçkidə uğur qazanmaq ehtimalı aşağı qiymətləndirilir.

Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Milli Şuradakı partiyaların “vahid namizəd” haqqında qərar qəbul etmələrinə baxmayaraq, hər birinin ayrılıqda seçkiyə qatılacağını deyib:“Milli Şurada toplaşan partiyalara, onların sədrlərinə yaxından bələd olan şəxs kimi deyirəm ki, onlar kimin namizədliyini irəli sürürlərsə-sürsünlər, uğur qazanmaqları mümkün deyil.Bu baxımdan, Milli Şuranın indiki namizədi Rüstəm İbrahimbəyovu Cəmil Həsənlinin əvəzləməsi də heç nəyi dəyişməyəcək.Cəmil Həsənli güclü namizəd deyil və onun uğur qazanmaq imkanı yoxdur. Amma o, Milli Şuradakı əksər siyasətçilərdən daha abırlı insandır.Həm də burada məsələ tək Cəmil Həsənli ilə bağlı deyil. Mənim gördüyüm budur ki, Milli Şuradakı partiyaların çoxu öprezident seçkilərinə öz namizədləri ilə qatılacaqlar”.

OXŞAR XƏBƏRLƏR