Araz Əzimov ATƏT həmsədrlərini "topa tuttu"

Araz Əzimov ATƏT həmsədrlərini "topa tuttu"
Bütün Xəbərlər
11:35 23.12.2011
1644

Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ tərəfi ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə olub. Səfər ABŞ Dövlət Departamentinin dəvəti ilə baş tutub.

A.Əzimov ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirib, habelə Atlantik Şurada (Atlantic Council) çıxış edib. Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Müdafiə Nazirliyində A.Əzimov Azərbaycanla ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparıb. Xarici işlər nazirinin müavini Atlantik Şurada (Atlantic Council) çıxış edib. Azərbaycanın ABŞ-dakı səfirliyinin müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirdə A.Əzimov “ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqaza baxış” mövzusunda danışıb. Nazir müavini Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindən bəhs edib. A.Əzimov Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsinin regional təhlükəsizlik və sabitlik üçün zəruriliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR