Araz Əzimov Türkiyəyə səfər edəcək

Araz Əzimov Türkiyəyə səfər edəcək
Bütün Xəbərlər
18:00 29.04.2013
1058

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov aprelin 30-da Ankaraya səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yerləşdirib.Qeyd edilir ki, Türkiyə XİN rəhbərinin müavini Fatih Ceylanla keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər, həmçinin Dağlıq Qarabağ problemi başda olmaqla regional məsələlər ətrafında müzakirələr aparılacaq.Səfər çərçivəsində A.Əzimovun Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu ilə görüşü də nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR