"ARB 24 NewsLab" təlim proqramı başlayıb

"ARB 24 NewsLab" təlim proqramı başlayıb
MEDIA
16:52 04.04.2023
163
Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramı başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, praktik təlimlərə cəlb edilən 10 tələbə ilə görüş keçirilib. Görüşdə telekanalın  direktoru Radik İsmayılov, Departament rəhbərləri Elnur Şibliyev, Çinarə Nurmməmmədova, xidmət rəhbəri Orxan Quliyev, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, həmçinin kafedra müdirləri professor Cahangir Məmmədli, Aynur Nəsirova, Xatirə Hüseynova  iştirak ediblər.

Giriş sözü ilə  başlayan fakültənin dekanı Vüqar Zifəroğlu müsahibə mərhələsindən uğurla keçən tələbələri təbrik edib.

Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2024-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır və proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə tələbələrə göstərdiyi dəstəyə görə ARB 24 telekanalına təşəkkürünü bildirərək, əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb. Həmçinin universitetin nəzdində televiziyanın kiçik studiyasının yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Ardınca Jurnalist Cahangir Məmmədli, direktor müşaviri Aynur Nəsirova və departament rəhbəri Çinarə Nurməmmədova iştirakçılara uğurlar arzulayıb.

Daha sonra telekanalın direktoru  R.İsmayılov həm layihənin iştirakçılarına, həm də Jurnalistika fakültəsinin III kurs tələbələrinə təlim keçib.

Qeyd edək ki, tələbələr 3 ay  ərzində keçiriləcək "ARB 24 NewsLab" təlim proqramında   xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrinə yiyələnəcəklər. Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək. Onların bir qismi "ARB 24"də işlə təmin olunacaq.
Bu, Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan ikinci təlim proqramıdır. Birinci təlim proqramını uğurla başa vuran 5 namizəd 2022-ci il oktyabrından rəsmi şəkildə işə götürülüb.  hazırda onlar ARB 24-də fəaliyyətlərini davam etdirirlər.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
22:41 10.04.2026
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
22:29 10.04.2026
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
22:25 10.04.2026
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq