Arda Güler beynəlxalq mükafata namizəd oldu

İDMAN
16:29 21.11.2023
295
"Reral Madrid"in türk ulduzu Arda Güler ​​2023-cü ilin "yüksələn ulduz" mükafatına namizəd olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 19 yanvar 2024-cü il tarixində Dubayda keçiriləcək "Globe Soccer" üçün namizədlər bəlli olub.
 
Arda Güler ​​də daxil olmaqla "Real Madrid"dən bir çox futbolçu müxtəlif nominasiyalarda mükafatlara namizəd olub.

Arda ilə yanaşı "Fənərbağça"nın heyətinə qatıldıqdan sonra "FK Novi Pazar"a icarəyə verilən misirli müdafiəçi Ömər Fayed də eyni kateqoriyada mükafata namizədlər arasındadır.

"Azarkeşlərin sevimlisi", "ən yaxşı oyunçu", "ən yaxşı yarımmüdafiəçi" və "yüksələn ulduz" kateqoriyalarında namizəd isə yalnız Jude Bellingham olub.

Onun 4 kateqoriyada namizəd kimi irəli sürülməsi diqqət çəkib.

Günel

OXŞAR XƏBƏRLƏR