"Real Madrid" azarkeşləri "Braqa" matçı öncəsi Arda Gülərin oynaması üçün səfərbər olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, azarkeşlər rəhbərliyə zəng edərək Bellinqhemin dincəlməsini, əvəzinə isə Arda Gülərin meydana çıxmasını istəyiblər.
Arda Gülər zədəsini sağaltdıqdan sonra ilk dəfə "Real Madrid"in "Rayo Valyekano" ilə son matçının heyətinə daxil edilib.
Lakin futbolçu bu oyunda meydana çıxmayıb.
Futbolçunun "Real Madrid"in Çempionlar Liqasında noyabrın 8-i çərşənbə günü keçiriləcək "Braqa" ilə matçda şans qazanacağı gözlənilir.
Xatırladaq ki, Jude Bellinqhem "Real Madrid"in "Rayo Valyekano" ilə matçında zədələnərək sıradan çıxıb.
Mikayıl