Arda Gülər ​​oyuna girdi - "Real Madrid" finala yüksəldi

İDMAN
14:42 11.01.2024
261
İspaniya Superkubokunun yarımfinal matçında "Real Madrid" "Atletiko Madrid"i 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli ulduz futbolçu Arda Gülər ​​112-ci dəqiqədə oyuna daxil olub.
 
"Real Madrid"in qollarını 20-ci dəqiqədə Antonio Rudiger, 29-cu dəqiqədə Ferland Mendi, 85-ci dəqiqədə Dani Karvaxal, 116-cı dəqiqədə Stefan Saviç avtoqol və 120-ci dəqiqədə sonuncu qol vurulub.
 
"Atletiko Madrid"in qollarını Brahim Diaz, Mario Hermoso, Antione Qrizmann və 78-ci dəqiqədə Rudiger öz qapısına vurub.
 
Qeyd edək ki, "Real Madrid”in finaldakı rəqibi yanvarın 11-də keçiriləcək "Barselona” – "Osasuna” oyunundan sonra müəyyənləşəcək.
 
Mikayıl


OXŞAR XƏBƏRLƏR