"Fənərbaxça"dan "Real Madrid"ə transfer olunan Arda Gülərin fiziki dəyişimi gündəm olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, zədəsinə baxmayaraq ayaqlarının xeyli inkişaf etdiyi müşahidə edilən gənc ulduz məşqdəki təsirli çıxışı ilə hamını heyran edib.
18 yaşlı ulduz indi zədədən sonra meydana qayıtmaq üçün günləri sayır.
Zədəsi səbəbindən indiyədək "Real Madrid"in heyətində heç bir rəsmi matçda iştirak etməyən Arda Gülərin noyabrın 5-də keçiriləcək "Rayo Valyekano" matçında və ya noyabrın 8-də Çempionlar Liqasında oynanılacaq "Braqa" matçında oynayacağı gözlənilir.
Mikayıl