Arda Gülərin meydançalara dönəcəyi tarix bəlli oldu

İDMAN
17:55 29.09.2023
369
Sağalma prosesinin sonunda yenidən "Real Madrid"də zədələnən Arda Gülərin yaşıl meydanlara dönüş tarixi bəlli olub.
 
AZXEBER.COM İspan mətbuatına istinadən xəbər verir ki,  "Real Madrid"lə mövsümün əvvəli düşərgəsində zədələnən Arda Gülər ​​dizindən əməliyyat olunub. Meydana qayıtmaq üzrə olan futbolçu böyük bədbəxtlik yaşayıb və yenidən zədələnib.
 
Ulduz futbolçunun oktyabrın sonlarında "Sevilya", ya da oktyabrın 24-də Çempionlar Liqasında "Braqa" ilə qarşılaşmasında meydana çıxacağı gözlənilir.

Gülay
OXŞAR XƏBƏRLƏR