Arda Gülərin yeni maaşı bəlli oldu: Gündəlik qazancı 22 min avroya yaxınlaşacaq

Arda Gülərin yeni maaşı bəlli oldu: Gündəlik qazancı 22 min avroya yaxınlaşacaq
İDMAN
14:00 15.11.2026
64
"Real Madrid”in türkiyəli futbolçu Arda Gülərlə yeni müqavilə barədə prinsipial razılığa gəldiyi bildirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.

Madrid klubu 21 yaşlı futbolçuya 5 illik müqavilə və illik 8 milyon avro maaş təklif edib.

Hazırda bonuslar xaricində ildə 6,25 milyon avro qazanan Arda Gülərin təklifi qəbul edəcəyi təqdirdə maaşı təxminən 28 faiz artacaq.

Yeni müqavilə ilə futbolçunun həftəlik qazancı 153 846 avro, gündəlik gəliri isə təxminən 21 918 avro olacaq. Beş il ərzində onun ümumi maaş gəliri bonuslar xaric 40 milyon avroya çatacaq.

Qeyd edək ki, Arda Gülər bu mövsüm "Real Madrid”in heyətində bütün turnirlərdə keçirdiyi 14 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
OXŞAR XƏBƏRLƏR