Arda Turan sevgilisinin serialda çəkilməsinə qadağa qoyub?

ŞOU-BİZNES
10:06 13.01.2011
2093

"Qalatasaray” futbol klubunun gənc kapitanı ArdaTuran sevgilisi Sinem Kobalın serialda çəkilməsinə qarşıdır. Futbolçu sevgilisinə rol aldığı “Küçük sırlar” serialından ayrılmağı təklif edib. 

Arda Turan filmin çəkilişləri səbəbilə tez-tez görüşə bilmədiyi Sinem Kobala rolundan imtina edəcəyi təqdirdə ona qonararından 3 dəfə çox pul verəcəyinə söz verib. Sinem Kobal isə ArdaTuranın bu təklifini qəbul etməyərək aktrisalığı çox sevdiyini vurğulayıb. 

Xatırladaq ki, iki ildən artıqdır ki, aktrisa Sinem Koballa eşq macərası yaşayan Arda Turan dəfələrlə sevdiyi insanın ona az vaxt ayırmasından şikayətlənib.  //anspress

 

OXŞAR XƏBƏRLƏR