Arda Turan yenidən "Qalatasaray"da - RƏSMİ

İDMAN
16:54 05.08.2020
721

Türkiyənin "Qalatasaray" klubu keçmiş futbolçusu Arda Turanla anlaşıb.

AzxeberSport "Beinsports"a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu yetirməsi olduğu klubun formasını yenidən geyinəcək. Klub rəhbərliyi Türkiyə millisinin sabiq üzvünü yenidən heyətə cəlb edib. Arda klubda 66 nömrəli formanı geyinəcək. 

Xəbərdə qeyd olunub ki, "Qalatasaray" Arda Turan ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, karyerasında "Manisaspor", "Qalatasaray", "Atletiko" "Barselona" kimi klubların formasını geyinmiş Ardanın son klubu "Başakşəhər" olub. O yanvar ayından klubsuz qalıb və cari mövsümün 31 iyulunda azad agent statusu qazanıb. Arda üçün "Cim-bom" transfer məbləği ödəməyəcək.

OXŞAR XƏBƏRLƏR

X Mostbet