"Barselona”nın yarımmüdafiəçisi Arda Turan Çin klublarından gələn sərfəli təkliflərə yekun cavabını verib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Türkiyə millisinin kapitanı klubunu dəyişmək fikrində olmadığını bildirib.
Arda müqavilə müddətinin sonuna qədər "Barsa”da qalacağını vurğulayıb: "Barselona”da çox xoşbəxtəm. Anlaşmamın sonuna qədər də burda qalacam. Hazırda dünyanın ən güclü klubunun formasını geyinirəm. Bundan yaxşı nə ola bilər?”
Qeyd edək ki, Arda Turan "Barselona”ya ötən il "Atletiko”dan keçib.