ARDNF-in Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir

ARDNF-in Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir
İQTİSADİYYAT
18:16 09.10.2025
613

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkənin strateji maliyyə ehtiyatlarını idarə edən əsas qurumlardan biri olmaqla yanaşı, qlobal investisiya imkanlarından səmərəli istifadə edərək milli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir. Neft-qaz gəlirlərinin şəffaf və səmərəli idarə olunması istiqamətində nümunəvi bir model ortaya qoyan fond, eyni zamanda, qlobal maliyyə bazarlarında fəal iştirak etməklə Azərbaycanın beynəlxalq iqtisadi proseslərdə mövqeyini gücləndirir.

Bu istiqamətdə atılan növbəti addım isə ABŞ-da yerləşən və beynəlxalq maliyyə dünyasının ən nüfuzlu oyunçularından biri olan "BlackRock”un tərkibində fəaliyyət göstərən "Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın strateji əhəmiyyətə malik hava nəqliyyatı qovşaqlarından biri – Londonun Qatvik hava limanına 50 milyon funt sterlinq dəyərində investisiyanın həyata keçirilməsi oldu.

Böyük Britaniyanın paytaxtına yaxın ərazidə yerləşən Londonun Qatvik hava limanı, ölkənin ikinci ən böyük və Avropanın ən işlək hava nəqliyyat mərkəzlərindən biridir. Hər il 40 milyondan artıq sərnişinə xidmət göstərən Qatvik, 200-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirərək, qlobal hava əlaqələrinin mühüm qovşağı rolunu oynayır. 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək 10 hava limanı sırasına daxil olan Qatvik, uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınıb. Bu göstərici onun əməliyyat səmərəliliyini və güclü idarəetmə modelini nümayiş etdirir.

Hazırda Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə Qatvik, böyük infrastruktur genişlənməsi mərhələsinə qədəm qoyub. Yeni uçuş zolağının istifadəyə verilməsi ilə hava limanının illik sərnişin tutumunun 2030-cu illərin sonunadək 75 milyona çatacağı gözlənilir. Bu genişlənmə həm Qatvikin fəaliyyət miqyasını artıracaq, həm də Birləşmiş Krallığın hava nəqliyyatı şəbəkəsində strateji rolunu daha da gücləndirəcək.

Qeyd etmək lazımdır ki, Qatvik hava limanı yalnız beynəlxalq uçuşlar üçün mühüm qovşaq deyil, həm də ölkənin logistika və nəqliyyat sisteminin ayrılmaz hissəsi kimi Böyük Britaniyanın regional iqtisadi inteqrasiyasına və dayanıqlı inkişafına töhfə verir. Hava limanı ölkə iqtisadiyyatına hər il milyardlarla funt sterlinq dəyərində töhfə verir və eləcə də, turizm, logistika, ticarət və xidmət sektoru üçün güclü stimullaşdırıcı rol oynayır. Qatvikin fəaliyyətində davamlılıq və enerji səmərəliliyi prinsiplərinin tətbiqi onu həm iqtisadi, həm də ekoloji baxımdan müasir infrastruktur nümunəsinə çevirir.

ARDNF üçün bu layihə maliyyə gəlirliliyi ilə yanaşı, strateji investisiyaların gücləndirilməsi, həmçinin fondun uzunmüddətli, sabit gəlir gətirən infrastruktur aktivlərinə yönəlmə siyasətinin uğurlu nümunəsidir. Bu sərmayə ilə ARDNF Avropa bazarında dayanıqlı aktivlər portfelini genişləndirərək risklərin şaxələndirilməsi və gəlirlərin sabitləşdirilməsi istiqamətində strateji addım atıb.

"BlackRock” və onun tərkibindəki GIP kimi qurumlarla əməkdaşlıq, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcəkdə digər böyük investisiya layihələrinə çıxış imkanlarını da genişləndirir. Bu, həm də ARDNF-in beynəlxalq səviyyədə etibarlı və peşəkar investor kimi tanınmasına xidmət edir.

Digər bir aspekt isə bu investisiyanın Azərbaycanın davamlı iqtisadi inkişaf strategiyasına uyğunluğu ilə bağlıdır. Qatvik hava limanının genişlənməsi, yalnız Böyük Britaniya iqtisadiyyatına deyil, bu layihədə iştirak edən tərəfdaşlara da əlavə dəyər yaradır ki, bu da ARDNF-in səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir.

ARDNF son illərdə infrastruktur aktivlərinə yönəlmiş investisiya portfelini ardıcıl şəkildə genişləndirərək, enerji, nəqliyyat, logistika və sosial infrastruktur sahələrində beynəlxalq təcrübəyə malik tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Qatvik investisiyası da məhz sabit və uzunmüddətli gəlir və sosial-iqtisadi dəyər təmin edən real aktivlərə yönəlmiş strateji yanaşmanın bariz nümunəsidir. Bu layihə, həmçinin ARDNF-in davamlı inkişaf məqsədlərinə sadiqliyini əks etdirir. Fond təkcə maliyyə gəlirliliyinə deyil, həm də iqtisadi dəyər yaradan, strateji əhəmiyyət daşıyan və beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirən layihələrə sərmayə qoymaqla, məsuliyyətli və etibarlı investor kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Qeyd edək ki, Qatvik hava limanı "VINCI Airports” (50,01 faiz), "Global Infrastructure Partners”, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunur. Bu tərəfdaşlıq modeli beynəlxalq infrastruktur idarəçiliyində sinerji yaradan və riskləri optimal şəkildə bölüşdürən uğurlu təcrübə hesab olunur. "VINCI Airports”un hava limanı əməliyyatlarında çoxillik təcrübəsi, GIP-nin kapital idarəçiliyi üzrə qlobal bacarığı və ARDNF-in uzunmüddətli investisiya strategiyası birləşərək, Qatvikin dayanıqlı və səmərəli idarə edilməsini təmin edir.

Beləliklə, ARDNF-in bu kimi addımları Azərbaycanın iqtisadi diplomatiyasının və investisiya strategiyasının uğurlu tətbiqinin bariz göstəricisi olmaqla Azərbaycanın neft kapitalının səmərəli idarə olunaraq, gəlir gətirən beynəlxalq aktivlərə çevrilməsini təmin edir və ölkənin uzunmüddətli iqtisadi təhlükəsizliyinə mühüm töhfə verir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir