ARDNŞ büdcəyə 1.4 milyard manat ödədi

ARDNŞ büdcəyə 1.4 milyard manat ödədi
Bütün Xəbərlər
20:00 15.01.2013
903
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin dekabr ayında dövlət büdcəsinə 137 milyon 124 min manat vəsait ödəyib. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici ötən ilin dekabr ayına nisbətən 12 milyon 774 min manat və ya 110,3 faiz çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 425 milyon 27 min manat ödənib. Bu, 2011-ci illə müqayisədə 89 milyon 792 min manat və ya 106,7 faiz çox olub.Bundan əlavə, cari ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 934 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin dekabr ayına nisbətən 1 milyon 258 min manat və ya 110,8 faiz çox olub.
OXŞAR XƏBƏRLƏR