Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin noyabr ayında dövlət büdcəsinə 127 milyon 998 min manat vəsait ödəyib. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 287 milyon 903 min manat ödənib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 77 milyon 18 min manat və ya 106,4 faiz çox olub.Bundan əlavə, bu ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 990 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayına nisbətən 1 milyon 812 min manat və ya 116,2 faiz çox olub.