Argentinada musiqili etiraz aksiyası keçirilib. Aksiyanı Kolon Teatrının Filarmonik Orkestri keçirib. Musiqiçilər opera binasının qarşısında konsert verərək, əmək haqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
Onlar Kolon teatrının dünyada akustik cəhətdən ən məşhur yerlərdən biri olduğunu, lakin orkestr üzvlərinin digər ölkələrdəki həmkarlarına nisbətən daha az qazandıqlarını bildiriblər.
Orkestr müxtəlif klassik musiqi parçaları və Argentinanın dövlət himnini çalaraq, oraya toplaşanlar tərəfindən alqışlanıb.