Argentinanı darmadağın etdilər

İDMAN
06:23 02.06.2011
1919

Ən böyük sensasiya Abucada qeydə alınıb. 2 qat dünya çempionları Argentina futbolçuları səfərdə Nigeriyaya məğlub olub. Cənubi amerikalıların adi hesabla uduzmasını gözlənilməzlik sayılmasa da darmadağın sensasiya hesab edilir. Belə ki, Argentina yığması 4:1 hesabı ilə uduzub. Böyük hesablı məğlubiyyətlə biabır olan qonaqlar təsəlli qolunu da uzatma dəqiqələrində vurublar. Afrikalılar isə 4 qolu cəmi 52 dəqiqəyə vurublar.

Yaponiya – Peru – 0:0
Nigeriya - Argentina – 4:1
Ukrayna – Özbəkistan – 2:0
Kanada – Ekvador – 2:2
Qvatemala – Venesuela – 0:2
Meksika – Yeni Zelandiya – 3:0

OXŞAR XƏBƏRLƏR