ARGTMŞ Avropanın ən böyük gənclər platformasının idarə heyətinin iclasına ev sahibliyi edir.

ARGTMŞ Avropanın ən böyük gənclər platformasının idarə heyətinin iclasına ev sahibliyi edir.
GƏNCLİK
15:35 02.09.2014
1532

Bakı şəhərində Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun (AGF) idarə heyətinin iclası start götürəcək. 

İdarə heyətinin iclasının Avropa Gənclər Forumunun tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycanda keçirilməsi qərara alınıb. 

AZXEBER.COM xəbər verir ki, tədbirdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç, təşkilatın baş katibi vəzifəsinə yeni seçilmiş Allan Pall, idarə heyətinin üzvləri və katibliyinin yüksək dərəcəli nümayəndələri iştirak edəcək. 31 avqust 2014-cü il tarixinədək davam edəcək tədbir Avropa Şurasının 2014-cü ilin noyabr ayında baş tutuacaq hesabat seçki konfransı ərəfəsində həyata keçirilən Avropa Gənclər Forumunun idarə heyətinin son iclasıdır.

İdarə heyətinin İclası zamanı iştirakçılara tədbirə ev sahibliyi edən Azərbaycan Respublikasında gənclərlə bağlı görülən işlər və Azərbaycan Gənclər Siyasəti haqqında məlumat veriləcək. Avropa Gənclər Forumunun kvartal üzrə fəaliyyət hesabatı dinləniləcək. Hesabat dövrü ərzində Foruma daxil olan yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, Forumun strategiyası çərçivəsində həyata keçirilən fəaliyyət və əldə olunmuş nailiyyətlər haqqında məlumat veriləcək. Hesabat dövrü üçün maliyyə hesabatı təqdim olunacaq. İdarə heyətinin iclasının gündəliyində duran əsas məsələlərdən biri də Avropa qitəsinə daxil olan ölkələrdə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi olacaq.

Forumun prezidenti Piter Matyaşiç və baş katibi Allan Pall Azərbaycanda olduğu müddətdə, həmçinin 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncə, şəhərinə səfəri planlaşdırılır. Səfər çərçivəsində rəsmilər Avropa Gənclər Paytaxtı seçildikdən sonra Gəncə şəhərində baş verən yeniliklər, gənclərlə bağlı görülən işlər və əldə olunan nəticələrlə tanış olacaq.

Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Təşkilatlarının Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'