Arı sancdı, xəstəxanaya 10 addım qalmış öldü - VİDEO
MARAQLI
01:47 02.09.2011
1860
Türkiyədə arı sancan kişi dünyasını dəyişib. Hadisə bu gün yerli vaxtla saat 15.15-də (Bakı vaxtı ilə 17.15) İzmir vilayətində baş verib. Astma xəstəsi olan Bekir Sarıtaşı arı sancıb. O, həmin vaxt evinin damında qaynaq işləri aparırmış. Kişi dərhal evinə enib və hadisəni həyat yoldaşına danışıb. Onun arı sancan qoluna buz qoysalar da, kişinin vəziyyəti qəfildən pisləşib və yerə yıxılıb.Bekir Sarıtaşı xəstəxanaya aparmaq üçün qonşusunun maşınına qoyublar. Lakin kişini xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, xəstəxananın həyətində, təcili yardım şöbəsinin qapısına cəmi 10 addım qalmış dünyasını dəyişib.