Ariana Qrande LGBTİ+ hüquqlarının müdafiəsi və xüsusilə trans gənclərin dəstəklənməsi məqsədilə yeni təşəbbüsə start verdiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müğənninin təsis etdiyi "Brighter Days Ahead Foundation” adlı fondun əsas məqsədi kuir icmaların görünürlüyünü artırmaq, həmçinin həssas qruplara maliyyə və sosial dəstək göstərməkdir.
Fondun açıqlamasına görə, ayrılan vəsaitlər yalnız fərdi dəstəklərlə məhdudlaşmayacaq. Eyni zamanda LGBTİ+ hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlara da maliyyə yardımı ediləcək.
Qrandenin bu addımı son illərdə bir sıra ölkələrdə LGBTİ+ hüquqları ətrafında müzakirələrin və məhdudiyyətlərin artdığı bir dövrdə xüsusi diqqət çəkib. Fondun fəaliyyəti LGBTİ+ gənclərin təhlükəsiz məkanlara çıxışını, psixoloji dəstək xidmətlərini və icma əsaslı həmrəylik layihələrini gücləndirməyə yönələcək.
Qeyd edək ki, Ariana Grande daha əvvəl də LGBTİ+ hüquqlarına açıq dəstəyi ilə tanınırdı. Yeni fond isə onun bu dəstəyini daha institusional və uzunmüddətli formata çevirməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Aysel











































