Arif Əsgərovun baldızı oğlu məhkəmə zalında həbs edildi

Arif Əsgərovun baldızı oğlu məhkəmə zalında həbs edildi
SOSİAL
11:37 23.02.2018
1652
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynov son söz deyib. O bildirib ki, niyyəti aldatmaq olmayıb, iş məqsədi ilə pul alıb, lakin pul batıb: "Pulun bir hissəsini qaytarmışam. Azyaşlı uşağımı nəzərə alın".

Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olması və vurulan ziyanının bir hissəsini ödəməsi yüngülləşdirici hal kimi qiymətləndirilib və ona 9 illik həbs cəzası verilib.

Qeyd edək ki, prokuror E.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E. Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət işi materiallarına əsasən, E. Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E. Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Barəsində həbs qətimkan tədbiri seçilən E. Hüseynovun məhkəməyə müraciətindən sonra ev dustaqlığına buraxılıb.

E. Hüseynov "Azərbaycan Dövlət Dəmir yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb