Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinin, general Seyfulla Əzimovla Müsavat Partiyasının başqanı Arif Hacılı ilə keçirdiyi görüşün təfərrüatları məlumat olub.
Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə A.Hacılıya bildirilib ki, onlarda son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. İdarə rəisi S.Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.
Arif Hacılı isə deyib ki, Müsavat Partiyası hələ kütləvi aksiyalar barədə qərar verməyib.
Report.az