Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslıya 2 il 6 ay iş verildi
Bütün Xəbərlər
13:41 04.10.2011
1788
Səbayel rayon Məhkəməsində 2 aprel aksiyasında həbs olunan şəxslərinin daha bir qrupunun məhkəməsinin yekun iclası keçirilib. Nahar fasiləsindən sonra ədliyyə işçiləri və polislər məhkəmə binasının önünə yığışan adamları zorla binadan kənarlaşdırıb.2 aprel dustaqlarının məhkəməsinin hökmoxunma mərhələsi qapalı keçirilib.Məhkəmənin hökmü ilə Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə, Fuad Qəhrəmanlı isə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.