ARİF HACILI MƏHBƏSDƏN “YENİ MÜSAVAT”a ŞEİRİNİ GÖNDƏRIB. Həmin şeiri təqdim edirik
Darıxıram
Kürdəxanı qalasının Divarları arasında Qoşa, dəmir qapıların arxasındaKilidləndim o gün gecəDarıxıram bilsən, necə?!Batıb səsim,Yaşamağa yox həvəsimDünya ilə aramızın sərhədidirdəmir torlu həbsxana pəncərəsi... Azmış quşlar... ağ buludlar... göy... baxıram...Binə hava limanından Uçub gedən uçaqlarınArxasınca hey baxıram...Uçur, gedir xəyallarımUçaqların arxasınca İndi məndən uzaq düşənUşaqların arxasınca...Uçur, gedir yaxın, uzaq şəhərlərəUçaqların enəcəyiŞəhərlərin həsrətiylə darıxıram.Şirin-şirin yuxulardan oyananda Bağlı dəmir qapılarıGörüb hər günAzadlıqda açılacaqSəhərlərin həsrətiyləDarıxıram.Uzaq oldu xəyallarımArzularım olarmı çin?!Bir qurtum suSinə dolu nəfəs kimiDarıxıram bu qəfəsdə.Bircə addım azadlıqçün Darıxıram hər gün, gecəDarıxıram bilsən necə!