Arif Qazıyev yenə sərt danışdı: "Bu gün meymunluq edənlər gündəmdədir" (EKSKLÜZİV)

GƏNCLİK
02:34 22.09.2011
3812
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşü davam edir. Festivalla bağlı AZXEBER.COM portalı tanınmış teatrşünasların, rejissorların fikirlərini oxuculara müntəzəm olaraq təqdim edir. Bu dəfə əməkdar İncəsənət xadimi, "Şöhrət" ordenli, "Muğam" teatrının direktoru və baş rejissoru Arif Qaziyev festivalla bağlı öz fikirlərini bizimlə bölüşüb.- Arif müəllim, sizcə gənclərə vətənpərvərlik necə aşılamaq lazımdır?- Təklif edərdim ki, Mübariz İbrahimov kimi qəhrəman oğullarımız barədə yaxşı bədii film çəkilsin. Hətta çox serialı serial çəkmək lazımdır ki, o xalqın yadında qalsın, unudulmasın. Mənə də imkan yaradılsa, bir rejissor kimi onun haqqında film çəkməkdən məmnun olaram. O türk, braziliya filmlərinə baxmaqdansa, xalqımız da öz filminə, serialına, öz qəhrəmanına baxar. Biz belə şeylərə fikir vermirik. Süni mövzular axtarıb tapırıq, orada ancaq gülməli şeylər olsun, oynasınlar, meymunluq etsinlər. Bu gün meymunluq edənlər gündəmdədir. İndi ancaq bunlara önəm verirlər. Halbuki bizim Mübariz kimi qəhrəmanlarımız çoxdur və onlar haqqında da film çəkmək olar.- Teatr festivalını necə qiymətləndirirsiniz?

- Teatr festivalının keçirilməsi çox təqdirəlayiq haldır. Digər teatrlarda bunu yarada bilmirlər. Gənc tamaşaçılar və ya Dram teatrında bu haqda repertuarlarına uzağı bir qəzəl yerləşdirə bilirlər. Bu baxımdan belə bir festivalın keçirilməsi və sırf gənclərə, vətənpərvərliyə həsr olunması çox sevindirici haldır. Digər teatrların da vətənpərvərlik mövzusunda kompozisiya hazırlamalarını arzu edərdim.

Xatırladaq ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

Ülkər Eldarqızı

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR