"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır

"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
İDMAN
18:56 28.02.2025
258
İngiltərənin "Arsenal" klubu Almaniya millisinin futbolçusu Yozua Kimmixlə danışıq aparır.

London təmsilçisi hazırda "Bavariya"da çıxış edən 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Daha əvvəl Münhen təmsilçisinin oyunçu üçün yeni müqavilə təklifini geri götürdüyü bildirilib.

Qeyd edək ki, Yozua Kimmixin "Bavariya" ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, cari mövsüm Bundesliqada 23 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///report
OXŞAR XƏBƏRLƏR