"Arsenal” "İnter”in 27 yaşlı hücumçusu Lautaro Martineslə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə "Football Insider” məlumat yayıb.
Mənbənin sözlərinə görə, tezliklə "topçular”ın yeni idman direktoru vəzifəsinə keçəcəyi gözlənilən italiyalı mütəxəssis Andrea Berta Martinesin böyük fanatıdır. London klubu tezliklə DÇ-2022-nin qalibinin potensial transferi ilə bağlı danışıqlara başlaya bilər. Bertanın hətta "Atletiko”da idman direktoru işlədiyi dövrdə də Lautaro ilə müqavilə imzalamaq istədiyi vurğulanır.
Lautaro bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.