“Arsenal” İngiltərə Super Kubokunun sahibi oldu

İDMAN
22:53 06.08.2023
217

İngiltərə Super Kubokunun sahibi müəyyənləşib.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, həlledici qarşılaşmada son İngiltərə çempionu "Mançester Siti” və gümüş medalçı "Arsenal” üz-üzə gəliblər.

"Uembli” stadionunda keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 77-ci dəqiqədə "şəhərlilər”in heyətində Koul Palmer açıb. Lakin Leandro Trossard 90+11-ci dəqiqədə bərabərliyi təmin edib.

Reqlamentə əsasən, qalibi müəyyənləşdirmək üçün  birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan "Arsenal” Super Kubokun sahibi olub - 4:1.

"Topçular” tarixi ərzində 17-ci dəfə titulu əldə ediblər.

OXŞAR XƏBƏRLƏR